Fevralın 5-də axşam saatlarında "Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul reysini həyata keçirən təyyarəsi Ankaraya enib. Bu haqda aviaşirkətin mətbuat xidməti məlumat verib.
Təyyarənin kapitanı yağan güclü qar səbəbindən Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında enməyə qərar verib. Hava şəraiti əlverişli olduqdan sonra İstanbula uçuş həyata keçiriləcək.
Əlavə suallar yarandıqda sərnişinlər aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086 WhatsApp nömrəsi və ya callcenter@butaairways.az elektron poçt vasitəsilə müraciət edə bilərlər.