Türkiyədə baş vermiş fəlakətin aradan qaldırılması üçün humanitar yardımın toplanması davam edir. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az məlumat verir.
Toplama mərkəzində uşaq yeməkləri, konservlər, quru qidalar, yorğan-döşək, qış üçün qalın üst geyimləri və digər əşyalar qəbul olunur.
Əşyaların sayı həddən artıq çox olduğundan polis əməkdaşları gecə saatlarından indiyədək gücləndirilmiş iş rejimində çalışırlar.
Daşınma prosesinə Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin briqadaları də cəlb olunublar.
Humanitar yardım səhər saat 11:00-dan axşam 21:00-a kimi qəbul olunur..
[caption id="attachment_90036" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]