Bakıdan Dubaya uçan J2 011 nömrəli reysi yerinə yetirən təyyarə geri qayıtmalı olub. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az aviaşirkətə (AZAL) istinadən xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən Bakıdan uçan təyyarə geri dönməyə məcbur olub.
“AZAL” Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.