“Bakı” Elektrik Stansiyasında 16 il ərzində 8,4 milyard kVt/s elektrik enerjisi istehsal edilib. Bu haqda bu gün, 22 fevral tarixində Report məlumat verib.
Modul tipli elektrik stansiyası 2007-ci ildən istismara verilib. 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 104,4 MVt təşkil edir.