“Bakı Fond Birjası“ QSC-nin (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı zamanı BFB-yə yeni sədr seçilib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Vəzifə Ruslan Xəlilova həvalə edilib. O, səlahiyyətlərinin icrasına gələn ilin yanvar ayından başlayacaq.