Paytaxtın Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Bu haqda bu gün, 2 dekabr tarixində Qafqazinfo məlumat verib.
Nazirin digər əmri ilə Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.