Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 18 dekabr tarixində Oxu.az məlumat yayıb.
Ramsin Abdullayev Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru təyin olunub. O, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində çalışıb.
Boş qalan yerə Səbail bələdiyyəsinin sabiq sədri Firdovsi Cəbrayılov təyin olunub.