Bakı şəhər Prokurorluğunun rəhbərliyi dəyişib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Prokurorun müavini Mürvət Həsənov vəzifəsindən azad olunub. O, Sumqayıt şəhər prokuroru vəzifəsinə təyin olunub.
Nizami rayonunun prokuroru Pərviz İbayev isə 2-ci dəfə adıçəkilən rayonun prokuroru vəzifəsinə təyin olunub.
Bu haqda Baş prokuror Kamran Əliyev əmr imzalayıb.