Bank hesabından pul oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 6 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bakı şəhər sakini N.Nağıyev şübhəli şəxs kimi tutulub. O, həmyerlisi Y.Hacıməmmədovanın 785 manat pulunu oğurlamaqda ittiham olunur.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma davam edir.