Bakıda BMT-nin konfransı keçiriləcək. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın paytaxtı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Bu haqda məlumatı “Climatechangenews” saytına 2 mənbə təsdiqləyib.
7 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş naziri Aparatının birgə açıqlamasında bildirilmişdi ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası sözügedən konfransa ev sahibiliyinə öz namizədliyini geri götürüb və Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib.
"Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edir ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək", – deyə birgə açıqlamada qeyd olunub.