25 noyabr tarixində Bakıda “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçiriləcək. Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 20 nömrəli məktəb-liseydə təşkil ediləcək. Bu haqda Azərtac xəbər verib.
Tədbirdə Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin və digər qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Layihənin əsas məqsədi risk qrupuna daxil olan uşaqların təhsili, inkişafı və onların cəmiyyətə inteqrasiyasıdır.