Bakının Səbail və Nərimanov rayonlarında monitorinqlər aparılıb. Tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşəbbüsü ilə keçirilib. Bu haqda bu gün, 18 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Yaşıllıq zolaqlarının yaradılması, küçələrin işıqlandırılması, asfalt örtüyünün yenilənməsi, abadlıq işləri, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin salınması və digər məsələlər ilə bağlı təkliflər hazırlanıb.
İrəli sürülən təkliflərin həyata keçirilməsi istiqamətində müvafiq strukturlarla birlikdə iş aparılır. Monitorinqlərin Bakının digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.
[URIS id=37629]