“MilliÖn” ödəmə terminallarında “BakıKart” sistemi inteqrasiya olunur. Bu haqda bu gün, 8 dekabr tarixində Report Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat yayıb.
Hal-hazırda paytaxt ərazisində 1354 terminalda “BakıKart”ın balansını artırmaq mümkündür. Daha 62-nə sistemin quraşdırılması işləri aparılır.
“Bununla sərnişinlər yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKart”ın balansını artıra biləcəklər", - deyə qurum əlavə edib.