“Bakı Kristal Zalı” Latviya Respublikasının bayrağı rənglərinə boyanıb. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az həmin ölkənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
18 noyabr Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü ilə əlaqədar “Bakı Kristal Zalı” Latviya Respublikası bayrağının rəngləri ilə işıqlandırılıb.