Azərbaycanın əməkdar rəssamı vəfat edib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
83 yaşlı rəssam Ağasaleh Nuriyev bu gün səhər saatlarında dünyasını dəyişib. Əməkdar rəssam Bakıda anadan olmuşdur. O, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.
Ağasaleh Nuriyev Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib.