Bakı Limanı Zəfər Günü ilə əlaqədar fləş-mob edib. Bu haqda bu gün, Bakuplus.az limana istinadən xəbər verir.
Keçirilən fləş-mob çərçivəsində 26 TIR-dən istifadə olunaraq limanda “Zəfər” sözü yazılıb, eləcə də qələbənin rəmzi olan “Dəmir Yumruq” pankartı açılıb.
“Bakı Limanı olaraq Zəfər Günü münasibətilə hər bir Azərbaycanlını təbrik edirik!” – deyə qurumdan qeyd edilib.
Avropa və Asiya arasında körpü rolunu oynayan Bakı Limanı regionun ən müasir logistika mərkəzi olaraq iki qitə arasında təkərli texnika daşınmasında da xüsusi rol oynayır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/apa.mp4"][/video]