Bakı Mühəndislik Universitetinə yeni təyinat olub. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ətrabə Gül BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. Bu haqda elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Ətrabə Gül 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.