Bir sıra məhkəmələrdə yeni hakim təyinatları olub. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Prezident İlham Əliyev məhkəmə və onun kollegiyaları sədrlərinin, eləcə də birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bakı şəhəri üzrə dəyişikliklər aşağıdakı kimidir:
Apellyasiya instansiyası məhkəmələri üzrə:
- Mirzə Tağızadə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
İnzibati məhkəmələr üzrə:
- Rüstəm Kərimli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;
Kommersiya məhkəmələri üzrə:
- İslam Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;
Hərbi məhkəmələr üzrə:
- Zeynal Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edilib;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
- Anar Tanrıverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
- Lətifə Məmmədova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib;
Şəhərin rayon məhkəmələri üzrə:
- Günel Əkbərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
- Zaur Pirverdiyev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
- Ayaz Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.