Bakı məzun və şagirdləri dünyanın ən yaxşı universitetlərinə qəbul olublar. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” Facebook səhifəsinə istinadən xəbər verir.
Bakı şəhər 279 saylı məktəbinin şagirdi Qəndab Məmmədova dünya reytinqinin lideri olan Harvard Universitetinin bakalavr pilləsinə qəbul olub.
Bakı Dövlət Universitetinin məzunu, UNEC müəllimi Nərgiz Hacıyeva ABŞ-nin dünya reytinq sıralamasında top-30-da olan Miçiqan Universitetinin “Weiser Professional Post-doctoral Fellowship” proqramını tam təqaüdlə qazanıb və “Weiser” mükafatına layiq görülüb.
Bundan əlavə, N.Hacıyeva 2 amerikalı professor – Prof. Dr. Con Brenç və Prof. Dr. Paulin Cons tərəfindən dəstək məktubu da əldə edib.
Bununla da o, artıq həm İsveçrə Fəxri federal təqaüdçüsü, həm də ABŞ-nin “Weiser” təqaüdçüsüdür.