“Bakı Metropoliteni” QSC-nin infrastrukturu qış mövsümünə hazırdır. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata əsasən, hazırlıq işlərinə yay mövsümündən başlanılıb.
İşlər çərçivəsində açıq havada keçid və giriş sahələrinin təmizlənməsi üçün personal müəyyən edilib, görüləcək işlərlə bağlı təlim keçirilib. Həmçinin işçilər alət və avadanlıq, geyim dəstləri, eləcə də fərdi mühafizə vasitələri ilə təmin ediliblər.