Bakı metrosunda qış mövsümü ərəfəsində hazırlıqlar aparılır. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Metropolitenin stansiya və tunellərində ventilyasiya iş rejimi dekabrın 1-dən qış qrafikinə keçiriləcək.
“Mövsüm, hava şəraiti nəzərə alınaraq ventilyatorların iş rejiminin dəyişməsi stansiyalarda sərnişinlərin rahatlığı üçün təşkil edilir. Bunun üçün xüsusi monitorinq aparılır. Qış mövsümündə bu dəyişiklik hava haqqında məlumatlara və digər məqamlara əsasən tənzimlənir”, – deyə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.