Bakı Metropoliteni vaqon istehsal edəcək. Bu haqda bu gün, 1 dekabr tarixində Report qurumun Tikinti departamentinin rəisi Məzahir Nəbiyevə istinadən məlumat yayıb.
Xocasən qəsəbəsində tikilən yeni elektrik deposunun ərazisində metro vaqonlarının istehsalı da nəzərdə tutulur.
“Bu məsələ deponun tikintisinin ikinci mərhələsinə aiddir. Hazırda isə birinci mərhələnin işləri görülür. Stansiyanın açılışı olanda deponun birinci mərhələsi tam hazır olacaq”, – deyə metropoliten rəsmisi əlavə edib.
Hal-hazırda Xocəsən qəsəbəsində tikinti işləri davam edən deponun ərazisi 21,7 hektar təşkil edir.