Metro gücləndirilmiş iş rejimində işləyəcək. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az metropolitenə istinadən xəbər verir.
AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan və İsveç milli futbol komandalarının qarşılaşması ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.
Azarkeşlərin arenaya gediş-gəlişini asanlaşdırmaq üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Bundan əlavə, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.