Bakı metrosunda bayram günlərində iş rejimi dəyişdiriləcək. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
Sərnişin axınını nəzərə alaraq, 31 dekabr tarixindən 1 yanvar 2024-cü ilə keçən gecə metro saat 01:00-a qədər açıq olacaq.
Bundan əlavə, 31 dekabr və 1 yanvar “28 May” - “Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 2,5 dəqiqəlik intervalla nizamlanacaq.
2-6 yanvar arası isə “28 May” - “Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 3 dəqiqəlik intervalla tənzimlənəcək.
Ancaq ehtiyat qatarlar günün istənilən vaxtı müxtəlif istiqamətlərdən xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlər aşağıdakı qrafikdən istifadə etməlidirlər: