Bakı Metropoliteninin “Nizami”, “Elmlər Akademiyası”, “20 Yanvar”, “Qara Qarayev” və “Sahil” stansiyalarında işıqlandırma sistemi tam yenilənib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az quruma istinadən məlumat verir.
Həyata keçirilən işlər nəticəsində enerji sərfiyyatında qənaətə nail olunub, işıqlandırmanın idarəetməsi və texniki qulluğu müasir, səmərəli və daha effektiv olub, stansiyaların estetik və memarlıq görkəmi daha da yaxşılaşdırılıb.
Ümumilikdə metronun elektrik sisteminə baxış keçirilib, lazımi tədbirlər görülüb.