Metro stansiyası gücləndirilmiş iş rejiminə keçəcək. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az metropolitenə istinadən xəbər verir.
UEFA Avropa Liqası çərçivəsində keçiriləcək “Qarabağ” - “Hakken” qarşılaşması ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında qrafikdə dəyişiklik ediləcək.
Azarkeşlərin arenaya gediş-gəlişini asanlaşdırmaq üçün matç günü metronun iş vaxtı gecə saat 01:00-a qədər uzadılacaq.
Dekabrın 14-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” - “Hakken” oyunu baş tutacaq. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken” isə turnirdə hələ xal qazana bilməyib.