Bakı şəhərinin 2040-cı ilədək inkişafı üçün 93,6 milyard manat vəsait lazımdır. Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az məlumat verir.
Baş Plana əsasən, bu vəsait beş istiqamət üzrə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.
Ərazi inkişafı üzrə 47,6 milyard manat, nəqliyyat infrastrukturunun inkişafına 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafına 15,32 milyard manat, bərpa olunan enerji təsərrüfaltlarının inkişafına 4,3 milyard manat, ətraf mühitin mühafizəsi üzrə isə 9,5 milyard manat vəsait tələb olunur.
Bu vəsaitin 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, 33,6 milyard manatı isə özəl investisiyalar əhatə edəcək.