Bu gün səhər saatlarından Bakının Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu kilometrində, Zığ dairəsi istiqamətində təmir işlərinə başlanılıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Agentlikdən bildirilib ki, təmir işləri 250 metr ərazini əhatə edir.
İşlərin dekabrın 19-u saat 22:00-dək davam edəcəyi gözlənilir.