Bakının 9 məktəblisi buraxılış imtahanında ən yaxşılar sırasındadırlar. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
10 mart tarixixndə keçirilmiş buraxılış imtahanlarında ölkə üzrə 39 nəfər maksimum nəticə göstərib. Onlardan 9-u Bakı məktəblərinin şagirdləridir.
300 bal toplayan məktəblilərin siyahısı aşağıdakı kimidir:
- Rəsul Həsənli - 62 nömrəli məktəb-liseyin şagirdi;
- Ayla Əzimli - 28 nömrəli tam orta məktəbin şagirdi;
- Rəbiyyə Əlizadə - 57 nömrəli tam orta məktəbin şagirdi;
- Jalə Xasıyeva və İlkin Əliyev - 36 nömrəli tam orta məktəbin şagirdləri;
- Ülkər Mirzəli - 329 nömrəli tam orta məktəbin şagirdi;
- Nərmin Cəfərova - 238 nömrəli tam orta məktəbin şagirdi;
- Fidan Rüstəmli - 72 nömrəli məktəb-liseyin şagirdi;
- Məhəmməd Əliyev - “Ankara məktəbi” məktəb-liseyin şagirdi.
Buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla ümumilikdə 300 bal toplana bilər.