Bakıda 1000 hektardan çox xüsusi mühafizə olunan torpaq sahəsində beş mərtəbədən hündür binaların tikintisinə icazə verilməyəcək. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Onun sözlərinə görə, bu ərazilərdə tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikintiyə məhdudiyyətlər qoyulub.
“Xüsusilə şəhərin mərkəzində də tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq”, - deyə komitə sədri əlavə edib.