Paytaxtın 4 küçəsində işıqforların iş rejimində dəyişiklik edilib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Paytaxtın Rəşid Behbudov və Süleyman Rəhimov küçələrinin, həmçinin Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq üçün işıqforun iş rejimində dəyşikliklər olunub.
Görülən dəyşikliklərdən sonra həmin yollarda hərəkətin intensivliyi artırılıb və bu məqsədlə tətbiq edilən “yaşıl dalğa” rejiminin sayı azaldılıb. Eləcə də kəsişmələrdə sürücülərin rahat hərəkəti təmin edilib.