Bakının Baş planı üzərində iş başa çatıb. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. Onun sözlərinə görə, sənəd yaxın günlərdə yenidən Nazirlər Kabinetinə təqdim olunacaq. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
“Pandemiya ilə əlaqədar mütəxəssislərin fiziki olaraq Bakıya gəlmək kimi imkanları olmadığı üçün bir müddət bu məsələ yubandı. Amma bu gün bu sənəd hazırdır. Bir neçə ay bundan əvvəl Bakı şəhərinin və Sumqayıt şəhərinin sərhədlərində müəyyən dəqiqləşdirmə oldu və Baş planın o sərhəd dəyişikliyi də nəzərə alınaraq təsdiq olunması ilə bağlı Nazirlər Kabineti tərəfindən göstəriş verildi”, – deyə Quliyev əlavə edib.