Bu gün Qaradağda fəaliyyətə başlamış "Abşeron Tikinti Materialları Mərkəzi"ndə ümumilikdə 1 500-ə yaxın sahibkar üçün şərait yaradılıb. Bu haqda BakuPlus.az bu gün, 28 oktyabr tarixində xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Twitter” hesabında bu barədə paylaşım edib.
O, iqtisadiyyatın böyüməsinə, məşğulluğa dəyər qatan yeni KOB subyektlərinin yaradılmasını KOBİA olaraq hər zaman dəstəklədiklərini qeyd edib.