Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət mərkəzləri açılacaq. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ağdam, Hacıqabul və Göyçayda əlilliyi olan azyaşlı vətəndaşlar üçün yeni mərkəzlər yaradılacaq.