Bakının mərkəzində daha bir sıra küçələr bağlanacaq. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.
Məhdudiyyət həftəsonları tətbiq olunacaq.
Bundan əlavə, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov küçəsi vasitəsilə, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq.