Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrlərinə əsasən, Bakının iki rayonunda kadr dəyişikliyi olub. Bu haqda bu gün, 21 fevral tarixində Qafqazinfo məlumat verib.
Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov vəzifədən azad olunub. O, Xətai Rayon Polis İdarəsinə rəis təyin edilib.
Həmçinin bir müddət ərzində vakant qalan Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat olub. Nazirin əmri ilə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov vəzifəsindən azad edilib. O, Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.