Paytaxtın Qaradağ və Xəzər rayonlarında iki obyekt hərraca çıxarılır. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Əmlak Məsələləri Dövlət Agentliyinə istinadən xəbər verir.
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 2M ünvanında yerləşən "Mərdəkan" restoranının ilkin satış qiyməti 300.000 AZN təşkil edir.
Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 5A ünvanında yerləşən Şadlıq evinin ilkin satış qiyməti isə 26.000 AZN təşkil edir.
Hərrac 14 iyun Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küşəsi, 20 ünvanında keçiriləcək. Şərtlərlə tanış olmaq istəyənlər qeyd olunan saytda ətraflı məlumat ala bilərlər.