Paytaxtın 201 saylı orta məktəbində şagirdlər tibbi müayinələrdən keçiriliblər. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Bakı Baş Səhiyyə Mərkəzinə istinadən məlumat verir.
Müayinə zamanı həkimlər tərəfindən 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma (yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması) və yastıpəncəlik, bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə aşkarlanıb.
Bununla yanaşı, həkim-nevropatoloqun müayinəsi zamanı 2, həkim-stomatoloqun müayinəsi zamanı isə 45 şagirddə müxtəlif xəstəliklərin ilkin diaqnozu qoyulub.
Aşkar olunan diaqnozlar barədə həm məktəb rəhbərliyinə, həm də valideynlərə məlumat verilib.
[caption id="attachment_120156" align="alignnone" width="640"]
Foto Report.az[/caption]