top
Bakının “mərdlər məkanı”: Mərdəkan qəsəbəsi
12 oktyabr 2024, 10:00
- ↺ +

Bakının “mərdlər məkanı”: Mərdəkan qəsəbəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərdəkan qəsəbəsi (keçmişdə kənd) Bakı şəhəri, Xəzər rayonunun ərazisində yerləşən qədim yaşayış məskənidir.

“Mərdəkan” adı iki sözdən əmələ gəlib. Türk mənşəli “mərd”, Orta Asiyada yaşamış “mardı”, “amardı” tayfası ilə bağlıdır. Herodot öz “Tarix” kitabında Mardları köçəri fars tayfaları adlandırırdı. Strabon, Eratosfenə istinad edərək, Hirkan (Xəzər) dənizi sahilində yerləşən və farslarla həmsərhəd olan tayfalar arasında Mardların adını çəkirdi. O, Mardları fars hökmdarlarını xərac verməyə məcbur edən dörd tayfanın arasına daxil edirdi. Mard adı azəri türkcəsində “qoçaq, cəsarətli, zirək, qeyrətli” mənasını verir, “kan” isə “yer, məkan” bildirir. Beləliklə, Mərdəkan – “mərdlər məkanı” kimi tərcümə olunur.

Orta əsrlərdə Mərdəkan yarımadanın strateji məntəqələrindən birinə çevrilmişdir. Tikilmə tarixi XII əsrə aid olan dördkünc qala və XIII əsrdə tikilmiş dairəvi qala (Şıx qalası) bunu sübut edir. Dördkünc və Şıx qalalarının yeraltı yolla bağlı olması ehtimal olunur. Qazıntılar zamanı qalaların yaxınlığında Şirvanşahlar dövrünə aid sikkələr tapılmışdır.

XVIII-XIX əsrlərdə Mərdəkanda Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və başqalarının bağları yerləşirdi. Tağıyevin qəbri də məhz burada – Pir Həsən adlanan yerdə yerləşir. Həmçinin Mərdəkanda, keçmişdə Muxtarovun mülkü olan, Dendrari bağı da mövcuddur. Rus şairi Sergey Yesenin Dendrari bağı ərazisində bir müddət yaşamış və “Fars təranələri” əsərini burada yazmışdır. İndi həmin bağın divarında onun barelyefı vurulmuşdur və qəsəbənin mərkəzi küçəsi onun adını daşıyır.

Burada əsas təsərrüfat bağçılıqdır. Mərdəkanda ürək-damar üçün müalicə keyfiyyəti olan ağ və qara şanı üzüm növləri, əncir yetişdirilir.

Mərdəkan öz müalicə ocaqları ilə də tanınır. Burada kardioloji, mədə-bağırsaq, sinir-əsəb və digər xəstəliklərdən müalicə ocaqları (“Abşeron”, “Günəşli”, “Şağan” və s.) fəaliyyət göstərir.

1893-cü il statistik məlumatlarına görə Mərdəkanda ümumilikdə 1217 sakin yaşayırdı, 1960-cı ildə-10.2 min. 2000-ci illərin əvvəllərində Mərdəkan əhalisinin sayı 16.2 min nəfər təşkil edirdi, 2021-ci ildə isə bu rəqəm 25.2 min nəfərə çatmışdır.

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər