Paytaxtın Səbail rayonu, Əfzələddin Xəqani və Aleksandr Puşkin küçələrinin kəsişməsində hərəkətə məhdudiyyət qoyulub. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, adıçəkilən küçələrin kəsişməsində təmir işləri aparılır. Bu səbəbdən həmin ərazidə avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulub.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.
[caption id="attachment_79365" align="alignnone" width="640"]
Foto Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmi Facebook səhifəsi[/caption]