Bakının mərkəzi küçəsində hərəkətdə dəyişiklik edilib. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib.
Belə ki, Şəmsi Bədəlbəyli küçəsindən sola dönərək yalnız Füzuli küçəsinə geriyə dönmə ilə yanaşı, artıq Səməd Vurğun küçəsi ilə düz hərəkət etmək mümkün olacaq.
Bundan əlavə, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub, həmçinin ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.
[caption id="attachment_122008" align="alignnone" width="640"]
Foto Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi[/caption]