Bakının mərkəzində yol qabarıb və nişanlanma xətləri yerini dəyişib. Bu haqda Xəzər televiziyası reportaj hazırlayıb.
28 May metrosunun qarşısında paytaxtın işlək yollarından olan küçənin hazırki vəziyyəti sürücüləri narahat edir. Onların sözlərinə əsasən, artıq 3 ildir ki, həmin yol bu haldadır.
Yolda qabarmalar və çatlar yaranıb, nişanlanma xətləri əyilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yol 3 il bundan öncə təmir olunub və həmin dövrdə də qurumun tabeliyində olmayıb.