“Son illər Bakıda və respublikanın digər yerlərində ağacların kütləvi quruması halları baş verir”, – bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Paytaxtın Xəzər, Nərimanov və Binəqədi rayonlarında ağacların kütləvi quruması müşahidə olunur. Qurumaya, əsasən, xəstəlik və zərərvericilər səbəb olur.
Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, xaricdən ekspertlər dəvət olunub və monitorinqlər aparılıb. Qurumuş ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də rəy verib. “Ölü” ağaclar çıxarılır, ərazi dərmanlarla dezinfeksiya edilir, sonra onların yerinə yeni tinglər əkilir.