Paytaxtın magistral yollarından bir neçəsində sürət həddi azaldılıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ - Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.
Tədbirlərin qeyri-sabit hava şəraiti ilə əlaqədar olduğu bildirilir.