Magistral yolda sürət həddi bərpa edilib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Zığ dairəsi-Hava Limanı yolunda hava şəraiti ilə əlaqədar endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətə qaytarılıb. Həmçinin tablolardan xəbərdaredici işarələr götürülüb.