Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Yağıntılı hava şəraiti ilə əlaqədar adıçəkilən magistral yolda sürət həddi 20 km/saat endirilib. Bundan əlavə, məlumat və sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.