Ötən gün Daxili İşlər Nazirliyində yeni təyinat olub. Bu haqda Oxu.az xəbər verib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə paytaxtın Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəisi vəzifəsinə polis mayoru Natiq Teymurov təyinat alıb.
Həmin polis şöbəsinin keçmiş rəisi Rahib Mirzəyev xidməti otağında tabel silahından istifadə etməklə intihar etmişdir.