Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan artıq olub. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Verilən məlumata əsasən, havada tozun miqdarı 1,5-1,7 dəfə normadan çox olub.
Havada olan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və gün ərzində müşahidə ediləcəyi gözlənilir.