Bakı-Şamaxı-Yevlax avtomobil yolunun paytaxt Bakıdan Şamaxı rayonu istiqamətində olan hissəsində təmir-bərpa işlərinə başlanılır. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
İşlər yolun 10-30-cu km-də həyata keçiriləcək. Hər iki istiqamətdə olmaqla yol cizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.
Təmir işləri bir neçə gün davam etdiriləcək.
Təmir işləri aparılan zaman avtomobillərin əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunacaq.