Paytaxtın yeni memarlıq simvolları yaradılacaq. Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az məlumat verir.
Alov Qüllələri, Port Baku ərazisində Aypara kompleksi və Heydər Əliyev Mərkəzi kimi memarlıq simvolları ilə yanaşı, yeni əlamətdar binaların inşası üçün təklif olunan əsas ərazilər:
– Yeni mərkəzi parkın şərq hüdudundakı yamaclı ərazilər;
– 28 May Mərkəzi Stansiyası.